Millət vəkillərinin icbari şəxsi sığortası ilə bağlı 94 min manat toplanıb

Millət vəkillərinin icbari şəxsi sığortası ilə bağlı 94 min manat toplanıb
# 10 avqust 2016 13:20 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Bu ilin iyulun 1-nə Azərbaycanda Milli Məclis üzvlərinin icbari şəxsi sığortası ilə bağlı 94 230 manat sığorta haqqı toplanıb.

Maliyyə Bazarlarına Nəzarət Palatasından “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1419 manat və ya 1,53% çoxdur. Qeyd edək ki, deputatların icbari şəxsi sığortası ilə bağlı adambaşına sığorta haqqı 754 manata çatıb.

Xatırladaq ki, ötən ilin 6 ayında deputatların icbari şəxsi sığortası ilə bağlı 92 811 manat sığorta haqqı toplanıb.

Statistikaya nəzər salanda məlum olur ki, ötən il olduğu kimi cari ildə də bu sığorta sinfi üzrə ödəniş həyata keçirilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR