FHN-in təyyarəsi Türkmənistan sahillərində aşkarlanmış neftçinin cəsədinin Azərbaycana gətirilməsi üçün yola düşüb

FHN-in təyyarəsi Türkmənistan sahillərində aşkarlanmış neftçinin cəsədinin Azərbaycana gətirilməsi üçün yola düşüb
# 30 yanvar 2016 16:15 (UTC +04:00)

Bakı - APA. Xəbər verildiyi kimi, 29 yanvar 2016-cı il tarixində Xəzər dənizinin Türkmənistan sahillərində tapılmış meyitin, ilkin olaraq, "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən biri olduğu ehtimal edilir.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, bununla əlaqədar, qurumun "BE-200ÇS" amfibiya tipli təyyarəsi istintaq qrupu ilə birgə cəsədin tanınması və respublikaya gətirilməsi məqsədilə bu gün Türkmənistana yola düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR