Bakının daha iki ərazisində parklanma yeri ləğv edilib

Bakının daha iki ərazisində parklanma yeri ləğv edilib
# 17 dekabr 2015 08:41 (UTC +04:00)

Bakı - APA-Economics. Həm əhaliyə, həm də şəhərin yol-nəqliyyat infrastrukturuna təhlükə yaratdığı üçün Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC tərəfindən daha 2 ərazidə parklanma yerləri ləğv edilib.

"Azəryolservis" ASC-dən "APA-Economics"ə verilən məlumata görə, bu, Əhməd Rəcəbli küçəsi ilə Ziya Bünyadov prospektinin kəsişməsində yerləşən yol ötürücüsünün alt hissəsi və Heydər Əliyev prospekti ilə Müzəffər Nərimanov küçəsinin kəsişməsində ("Şəfa" stadionu) yerləşən avtomobil tunelinin üzəridir.

Artıq sözügedən ərazidən park edilmiş nəqliyyat vasitələri tam olaraq çıxarılıb. Həmin ərazilərə nəqliyyat vasitələrinin daxil olmasının qarşısı almaq məqsədi ilə beton maneələr qoyulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR