“Zərifə Əliyeva” gəmi-bərəsi ilə daşınan yük və sərnişinlərin həcmi açıqlanıb

“Zərifə Əliyeva” gəmi-bərəsi ilə daşınan yük və sərnişinlərin həcmi açıqlanıb
# 27 aprel 2024 12:44 (UTC +04:00)

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) RoPax tipli “Zərifə Əliyeva” gəmi-bərəsi istismarda olduğu iki il ərzində 332 səfər həyata keçirib.

APA-Economics” xəbər verir ki, bu səfərlər çərçivəsində gəmi-bərə ilə 305 vaqon, 11780 ədəd yük maşını, 1742 ədəd minik maşını, 11350 nəfər sərnişin daşınıb.

Qeyd edək ki, ASCO-nun sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda inşa olunan gəmi-bərə 28 aprel 2022-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə istismara verilib.

Layihəsi RoPax tipli “Azərbaycan” gəmi-bərəsi ilə oxşar olan unikal üzən vasitə ilə eyni vaxtda 100 sərnişin, sistern tipli 56 vaqon və ya 50 yük avtomobili/TIR daşımaq mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR