Azərbaycanda dollarla valyuta əməliyyatlarının həcmi üçqat azalıb

Azərbaycanda dollarla valyuta əməliyyatlarının həcmi üçqat azalıb
# 05 oktyabr 2016 08:57 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu ilin yanvar-avqust aylarında valyuta bazarının həcmi ötən ilin müvafiq dövrünə nisbətən kəskin azalıb.

"APA-Economics" Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə hesabat dövründə ABŞ dolları ilə valyuta əməliyyatlarının həcmi 2,8 dəfə azalıb. Başqa sözlə, bu ilin sentyabr ayının 1-ə ABŞ dolları ilə mübadilə əməliyyatlarının həcmi 4 mlrd. 223 mln. 118,9 min ABŞ dolları olubsa, ötən ilin eyni dövründə bu göstərici 11 mlrd. 697 mln. 183,3 min manat təşkil edib.

Bu ilin yanvar-avqust aylarında nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı

2 mlrd. 219 mln. 224,9 mln. ABŞ dolları satılıb ki, bu da 1 il əvvəl ilə müqayisədə 4,17 dəfə azdır. Bu ilin 8 ayında nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı 2 mlrd. 3 mln. 894 min ABŞ dolları alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,21 dəfə azdır.

Bu ilin 8 ayında avro ilə əməliyyatların həcmi isə 1,53 dəfə azalıb. Başqa sözlə, bu ilin yanvar-avqust aylarında avro ilə mübadilə əməliyyatlarının həcmi 621 mln. 54,1 min avro olubsa, ötən ilin eyni dövründə bu göstərici 950 mln. 620,6 min avro təşkil edib.

Bu ilin 8 ayında nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı 389 mln. 465,4 mln. avro satılıb ki, bu da 1 il əvvəl ilə müqayisədə 1,96 dəfə azdır. Bu ilin yanvar-avqust aylarında nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı 231 mln. 588,7 min avro alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,23 dəfə çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR