Bakıda Hindistan sərgisinin açılışı olub

Bakıda Hindistan sərgisinin açılışı olub
# 02 sentyabr 2016 10:28 (UTC +04:00)

Bakı.Türbət Bağırova - APA. Bakıda Hindistan sərgisinin açılışı olub.

APA-nın xəbərinə görə, sərgi Hindistan milli rəqslərinin nümayişi ilə başlayıb. Daha sonra sərgi iştirakçıları üçün açıq elan edilib.

Sərgidə Hindistan maddi mədəniyyətinin müxtəlif nümunələri - zinət əşyaları, milli geyimlər, ətriyyat nümunələri, suvenirlər, ev əşyaları nümayiş etdirilib. Ənənəvi olaraq təşkil edilən Hindistan sərgisində bu dəfə daha çox mədəniyyət nümunələri və çeşidləri ilə nümayiş olunacaq. Hindistan sərgisi sentyabrın 18-nə qədər davam edəcək.

Qeyd edək ki, sərginin keçirilməsində məqsəd Bakı sakinlərini Hindistan məhsulları və mədəniyyəti ilə tanış etməklə yanaşı, Azərbaycan iş adamlarının marağını da cəlb etməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR