Bakıdakı kommersiya obyektləri ucuzlaşıb

Bakıdakı kommersiya obyektləri ucuzlaşıb
# 10 dekabr 2015 10:12 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Ötən noyabr ayı ərzində Bakı şəhərinin qeyri-yaşayış sahələri bazarında oktyabr ayı ilə müqayisədə ümumilikdə təklif portfelini formalaşdıran 6 seqment (mağaza, yer, xidmət, ofis, zirzəmi, sənaye) üzrə aktivliyin və qiymətlərin azalması ilə yadda qalıb.

Bu barədə “APA-Economics” paytaxtın kommersiya obyektləri bazarını araşdıran "MBA Consulting Group" qiymətləndirmə və konsaltinq şirkətinin apardığı monitorinqin nəticələrinə istinadən məlumat verir.

Aktivliyin və qiymətlərin azalmasına əsas səbəb kimi kommersiya obyektləri bazarında aktivlik səviyyəsinin aşağı düşməsini göstərmək olar.

Ümumilikdə noyabr ayı ərzində qiymətlərdə azalma müşahidə edilsə də, ümumi satış portfelində təkliflərin sayında artım baş verib. Alıcılıq qabiliyyəti aşağı səviyyədə olduğundan, bazarda təklif edilən əmlakların hər ay müəyyən səviyyədə artmağını normal hesab etmək olar. Oktyabrda olduğu kimi ötən ay da, kommersiya obyektləri üçün daşınmaz əmlak alqı-satqı mərkəzlərinə müraciət edənlərin sayı azlıq təşkil edib və nəticə etibarı olaraq bu seqment üzrə bazarda bağlanan əqdlərin dinamikasında oktyabr ayına nisbətən bir qədər də azalma olub. Ümumilikdə müxtəlif qəzet və elanlarda, internet səhifələrində satış məqsədi ilə reklama çıxarılan və alqı-satqı ofislərinə təklif olunan qeyri-yaşayış sahələri ötən ayda olduğu kimi, fərdi tikililərdən, yeni inşa edilən binaların 1-2-ci mərtəbələrindən və təkrar bazarda olan binaların 1-ci mərtəbələrindəki təyinatı dəyişilmiş mənzillərdən ibarət olub. Bazara çıxarılan obyektlərin sayı ay ərzində 9,7% artaraq 105 ədəddən 116 ədədə qalxıb.

Satış məqsədilə bazara təklif olunan kommersiya obyektlərinin həcmində əsas paya 47,1%-lə “boş yer” təyinatlı sahələr malikdir (bu tip obyektlər o obyektlərdir ki, hansılar ki, təyinatı dəqiq deyil, və onlar ofis, mağaza və ya xidmət təyinatı altında istifadə oluna bilərlər). Xidmət və mağaza təyinatlı yerlər bazarda müvafiq olaraq 25,0% və 13,2% paya sahibdirlər. Satışda olan ofis və zirzəmi təyinatlı yerlərin birgə sayı isə ümumi payın 14,8%-nə malikdir.

Qeyri-yaşayış obyektlərinin orta sahəsi noyabr ayı üçün 197,37 kv.m təşkil edib ki, bu da öz növbəsində ötən aya nisbətən 6,2% artıb. Sahənin artmasına əsas səbəb kimi əmlak bazarında ayrıca böyük sahələrə malik tikili obyektlərinin satışa təklifinin artması ilə əlaqələndirmək olar. Araşdırmalar nəticəsində Bakı şəhərində ən böyük sahə Yasamal rayonunda, Nizami m/st yaxınlığında “boş yer” təyinatlı xidmət sahəsi qeydə alınıb, 1 900 kv.m. Ən az sahəyə isə Nəsimi rayonunda, Azadlıq prospektində 18 kv.m sahəyə malik olan “boş yer” təyinatlı xidmət sahəsi qeydə alınıb.

Bazarda qiymətlər

Noyabr ayı ərzində Bakı şəhəri üzrə kommersiya məqsədilə istifadə edilən əmlakın orta satış qiymətində 2,13% azalma, icarə qiymətində isə 3,26% qiymət artımı qeydə alınıb. Bazarda qiymətlərin və tələbin qeyri-stabil olması ekspozisiya müddətinin artımına təsir göstərib. Ekspozisiya müddəti keçən ayla nisbətdə dəyişməz qalaraq 219 gün təşkil edir. Ötən illə müqayisədə Bakı şəhəri üzrə qiymət indeksində azalma 22,9% olub, Ötən ayla müqayisədə isə qiymət indeksində azalma 2,1% olub.


Bakı şəhəri üzrə 1 kv.m qeyri-yaşayış sahəsinin orta qiyməti (təklif üzrə) oktyabr ayında qeydə alınan 3 011 dollarından 2 947 dollara enib. Aparılan araşdırmalara əsasən qiymət azalması ötən ayla müqayisədə 2,13% təşkil edib. Qeyri-yaşayış sahələrinin dollar ilə ifadədə qiymətləri ötən ilin müvafiq ayında qeydə alınmış nəticədən 22,0 % az olub.

Bakı şəhərində qeyri-yaşayış sahələrinin qiymətlərini zonalar üzrə təhlil etdikdə görünür ki, qiymətlərin azalması zonalar üzrə qiymətlərə də təsir göstərib. Azalma hər bir zona üzrə müşahidə edilib, müvafiq olaraq -3,1%, -1,4%, -0,63% və -0.34%.


Zonalar üzrə obyektlərin icarə qiymətləri dollar məzənnəsi ilə 3,26% artaraq 14,25 kv.m/dollar bəndində qərarlaşıb.

Ay ərzində qeyri-yaşayış sahələri ilkin bazarında orta qiymətlərdə ən çox qiymət azalması Nəsimi rayonunda (-3.0%) müşahidə olunub. Əmlak bazarında qeyri-yaşayış sahələrinin 1 kv.m-nin orta qiymətindən (2 947 dolları) aşağı olan obyektlər ümumi portfeldə 64,2% paya malikdir. Qeyri-yaşayış sahələri üzrə orta qiymət dəyişməsi seqmentlər üzrə aşağıdakı formada qeydə alınıb:


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR