FHN metro tikintisində baş verən yanğınla bağlı məlumat yayıb

 FHN metro tikintisində baş verən yanğınla bağlı məlumat yayıb
# 08 fevral 2016 21:33 (UTC +04:00)

Bakı-APA. Fövqəladə Hallar Nazirliyi Bakıda metro tikintisində baş verən yanğınla bağlı məlumat yayıb.

APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Bakının Nəsimi rayonunda tikilməkdə olan metro stansiyaya məxsus fəhlələrin soyunub-geyinmə üçün nəzərdə tutulmuş ümumi sahəsi 67 kv.m olan (hər birinin sahəsi 22,5 kv.m) 3 ədəd vaqonun lambirdən ibarət üzlükləri və digər vaqonun yanar konstruksiyaları qismən yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 22:56-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR