DMX rəisi BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndəsi ilə görüşüb

DMX rəisi BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndəsi ilə görüşüb
# 21 oktyabr 2015 10:02 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Dövlət Miqrasiya Xidmətinin (DMX) Firudin Nəbiyev Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycan nümayəndəliyinin rəhbəri Daq Siqurdsonu qəbul edib.

DMX-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iki qurum arasında qarşılıqlı əməkdaşlıqdan məmnun olduğunu bildirən F. Nəbiyev Azərbaycanda həyata keçirilən uğurlu miqrasiya siyasətindən danışıb, hazırda bir sıra dünya ölkələrində qaçqınlarla bağlı mövcud durumdan və Avropa ölkələrinə üz tutan miqrantlara qarşı nümayiş olunan təzyiqlərdən narahatlığını ifadə edib.

Səmimi qəbula görə təşəkkürünü bildirən D. Siqurdson Azərbaycanla qarşılıqlı əməkdaşlığa daim maraqlı olduqlarını söyləyib və ölkəmizdə miqrasiya prosesləri ilə bağlı həyata keçirilən islahatları müsbət dəyərləndirib. O, qarşılıqlı əməkdaşlıq şəraitinin davamlılığına və birgə uğurlara nail olunacağına əminliyini bildirib.

Görüşdə 2016-cı ildə vətəndaşsızlıq məsələləri ilə bağlı əməkdaşlıq, birgə məlumatlandırma kampaniyası və vətəndaşlığı olmayan şəxslərə hüquqi yardım, Azərbaycanın vətəndaşsızlıq hallarının aradan qaldırılması üzrə qlobal kompaniyasına töhfəsi, eləcə də sığınacaq məsələləri sahəsində qanunvericilik bazasının inkişafı, habelə əlavə və dəyişikliklərin edilməsi istiqamətində əməkdaşlıq məsələləri müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR