SOCAR Novorossiysk limanından xam neftin ixracını 657 dəfə azaldıb

SOCAR Novorossiysk limanından xam neftin ixracını 657 dəfə azaldıb
# 01 fevral 2016 14:52 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. SOCAR 2016-ci ilin yanvar ayında Novorossiysk limanından 258 ton neft ixrac edib.

APA-Economics”in SOCAR-a istinadən verdiyi məlumata görə, bu, ötən ilin yanvar ayı ilə müqayisədə 657 dəfə azdır. Belə ki, SOCAR 2015-ci ilin yanvar ayında Novorossiysk limanından 169 507 ton neft ixrac edib.

Ötən ay Supsa limanından 254 048 ton neft ixrac edilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 0,023% azdır.

Yanvarda Ceyhan limanından 1 mln. 510 min 913 ton xam neft ixrac edilib ki, bu da 2015-ci ilin yanvar ayına nisbətdə 11,0% azalıb.

SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR