Gürcüstan səfirliklərində kommersiya attaşeləri fəaliyyətə başlayacaq

Gürcüstan səfirliklərində kommersiya attaşeləri fəaliyyətə başlayacaq
# 02 iyun 2016 13:43 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Gürcüstan xarici ölkələrdəki səfirliklərinə kommersiya attaşesi təyin edəcək.

APA-nın “kavkasia.net” saytına istinadən verdiyi məlumata görə, Gürcüstan xarici işlər naziri Mixail Canelidze biznes assosiasiyalarının nümayəndələri ilə görüşdə deyib.

O bildirib ki, kommersiya attaşeləri çalışdıqları ölkələrdə yerli biznesmenlərə Gürcüstanın iqtisadi durumu və biznes imkanları barədə məlumat verəcəklər.

Nazir qeyd edib ki, iqtisadi diplomatiya Gürcüstan XİN-in vacib prioritetlərindən biridir və ölkə xarici investisiyaların cəlbində maraqlıdır: “İqtisadi diplomatiya kiçik və orta biznesin inkişafına, gürcü məhsullarının yeni bazarlara çıxarılmasına, ölkədə müasir texnologiyaların tətbiqinə təkan verəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR