"Bank Respublika"nın səhmdarları növbədənkənar toplaşır

"Bank Respublika"nın səhmdarları növbədənkənar toplaşır
# 06 yanvar 2017 04:58 (UTC +04:00)

Fevralın 21-də "Bank Respublika" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

"APA-Economics" xəbər verir ki, yığıncaqda Müşahidə Şurasının tərkibi və bəzi qərarları təsdiqlənəcək.

Xatırladaq ki, yanvarın 3-də "Bank Respublika"nın Müşahidə Şurasının növbədənkənar yığıncağı keçirilib. İclas zamanı bankın İdarə Heyətinin sədri Xədicə Həsənovanın öz xahişi ilə tutduğu vəzifədən azad edilməsi, Asəf Namazovun isə yeni Namazovun sədr seçilməsi qərara alınıb.

Həmçinin iclasda səhmdarların növbədənkənar ümumi yığıncağında Müşahidə Şurasının tərkibinin müəyyən edilməsi nəzərdə tutulmuşdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR