"PAŞA Bank"ın Türkiyədəki törəməsi ötən ili mənfəətlə başa vurub

"PAŞA Bank"ın Türkiyədəki törəməsi ötən ili mənfəətlə başa vurub
# 17 fevral 2017 06:54 (UTC +04:00)

"PAŞA Bank"ın Türkiyədəki törəməsi olan "PAŞA Yatırım Bankası”nın aktivləri 2017-ci ilin yanvarın 1-nə 510 mln. 357 min türk lirəsi və ya 241 mln. 194 min 718 manat təşkil edib.

"APA-Economics" bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2015-ci il ilə müqayisədə 187 min 952 lirə (88 min 826 manat) və ya 58,3 çoxdur.

Hesabat dövründə bankın kredit portfeli 403 mln. 870 min lirəyə (190 mln. 869 min manat) bərabər olub ki, bu da 2015-ci ildəkindən 64,3% çoxdur.

Hesabat dövründə bankın faiz gəliri 37 mln. 226 min lirə (17 mln. 593 min manat), faiz xərcləri 6 mln. 714 min lirə (3 mln. 173 min manat) isə bərabər olub.

Bank ötən ili 14 mln. 5 min lirə və ya 6 mln. 619 min manat mənfəətlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR