“Qalatasaray” De Yonqun müqaviləsinə xitam verib

“Qalatasaray” De Yonqun müqaviləsinə xitam verib
# 05 yanvar 2018 18:52 (UTC +04:00)

“Qalatasaray”a yenidən baş məşqçi təyin olunan Fatih Terim artıq komandanın heyətində təmizliyə start verib.

Apasport.az klub saytına istinadən xəbər verir ki, Naycel De Yonqun müqaviləsinə xitam verilib.

Hollandiyalı futbolçu bu mövsüm heç bir oyunda meydana çıxmayıb.

Qeyd edək ki, daha əvvəl “Milan” və “Mançester Siti” kimi klublarda da çıxış etmiş De Yonq 2016-cı ilin avqustunda 2.5 milyon avro qarşılığında 2il müddətinə “Los Anceles Qalaksi” klubundan transfer edilmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR