Göyçayda yol qəzası baş verib, xəsarət alan var - FOTO

Göyçayda yol qəzası baş verib, xəsarət alan var - FOTO
# 19 may 2024 19:32 (UTC +04:00)

Göyçayda yol qəzası baş verib, xəsarət alan var.

APA-nın Şirvan bürosu xəbər verir ki, hadisə Bakı - Şamaxı - Yevlax yolunun 215 ci km Göyçay rayonu Çayarxı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, magistral yolda hərəkət edən 1989-cu il təvəllüdlü İsmayılov Fərhad Ədalət oğlunun idarə etdiyi motosikletçi ilə rayon sakini 1986-cı il təvəllüdlü Elvin Mərdanovun idarə etdiyi OPEL markalı avtomobillə toqquşub. Dərhal əraziyə təcili yardım briqadası çağırılıb.

Yaralı təcili yardım vasitəsi ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR