Bakıda ikimərtəbəli evdə yanğın olub

Bakıda ikimərtəbəli evdə yanğın olub
# 08 iyul 2018 07:12 (UTC +04:00)

Ötən gecə Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 200 m2 olan ikimərtəbəli 6 otaqlı evin 1-ci mərtəbəsində mətbəxin yanar konstruksiyaları və əşyalar 20 m2 sahədə yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yüksək temperaturdan 1-ci və 2-ci mərtəbələrin hamam otağının lambirdən ibarət tavanı 12 m2 sahədə, 2-ci mərtəbədə 2 ədəd məişət texnikasının üzlük hissəsi əriyib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR