Gəncə sakini qayadan çaya düşərək ölüb

Gəncə sakini qayadan çaya düşərək ölüb
# 18 avqust 2017 16:09 (UTC +04:00)

Gəncə sakini Daşkəsəndə bədbəxt hadisə nəticəsində ölüb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Kəmərqaya kəndində qeydə alınıb. Gəncə sakini, 1957-ci il təvəllüdlü Mustafa Vahabov dostları ilə çayın kənarında istirahət edərkən ehtiyatsızlıq nəticəsində qayalıqdan çaya yıxılıb.

M. Vahabov hadisə yerində ölüb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR