Azərbaycanda daha bir bankın rəhbərliyində dəyişiklik baş verib

Azərbaycanda daha bir bankın rəhbərliyində dəyişiklik baş verib
# 12 may 2015 12:20 (UTC +04:00)

Bak. Yeganə Laçınzadə - APA-Economics. “Bank Avrasiya” ASC-nin rəhbərliyində dəyişiklik baş verib.

APA-Economics”in xəbərinə görə, bankın İdarə Heyəti sədri vəzifəsinə Kərimov Rüfət Fuad oğlu təyin olunub.

Qeyd edək ki, R. Kərimov 2014-cü il mayın 13-dən bu vəzifəni müvəqqəti olaraq icra edib. Cari ilin martın 3-dən isə o, bu vəzifəyə təyin olunub.

R.Kərimov 1963-cü il iyulun 2-də anadan olub. 1985-ci ildə Azərbaycan Texniki Universitetinin "Radiotexnika" fakültəsini bitirib. Əmək fəaliyyətinə 1985-ci ildə Bakı "Ulduz" Zavodunda mühəndis-texnoloq kimi başlayıb və Mikroelektronika Texniki Bürosunun rəhbəri vəzifəsinə qədər yüksəlib. 1992-ci ildən "Azakbank" BSB-də Aktiv və Passivlərin İdarə edilməsi şöbəsinin müdiri, 1997-ci ildən "Bank of Baku" SKB-də Fondlar departamentinin direktoru vəzifələrində çalışıb. 1999-cu ildən "Most-Bank Azərbaycan"da (hazırda QSC "Bank Standard") Maliyyə və Mühasibat uçotu Departamentinin direktoru-baş mühasibi, 2005-ci ildən ASC "Xalq Bank"ın Maliyyə Departamentinin direktoru-baş mühasibi vəzifələrində çalışıb. "Xalq Bank"da çalışdığı müddət ərzində İdarə Heyətinin üzvü seçilib. 2007-ci il noyabrın 8-dən "Bank Avrasiya" ASC-nin İdarə Heyətinin sədr müavini vəzifəsində çalışıb və İdarə Heyətinin üzvü seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR