Kəmaləddin Heydərov Siyəzəndə vətəndaşları qəbul edəcək

Kəmaləddin Heydərov Siyəzəndə vətəndaşları qəbul edəcək
# 27 iyun 2018 14:06 (UTC +04:00)

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov iyunun 29-da Siyəzən şəhərində vətəndaşların qəbulu keçiriləcək.

Fövqəladə Hallar Nazirliyindən (FHN) APA-ya verilən məlumata görə, Siyəzən Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 11.00-dan başlanacaq qəbulda Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız FHN-in səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR