Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin keçmiş müavininin avtomobili qarət edilib

Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin keçmiş müavininin avtomobili qarət edilib
# 14 noyabr 2016 08:46 (UTC +04:00)

Bakıda sabiq məmurun avtomobili qarət edilib.

APA-nın məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb.

Bakı şəhər sakini Barat Nuriyevə məxsus "BMW" markalı avtomobildən şüşəni sındırmaq yolu ilə 300 manat və 300 türk lirəsi oğurlanıb. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Yevlax rayon sakini Aqil Camalov tutulub.

Onun daha 2 paytaxt sakininə məxsus avtomobillərdən pul və noutbuk oğurlaması da müəyyənləşib.

APA-nın əldə etdiyi məlumata görə, B. Nuriyev Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin keçmiş müavinidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR