Bakıda yaşayış binasında yanğın olub, 15 sakin təxliyə edilib

Bakıda yaşayış binasında yanğın olub, 15 sakin təxliyə edilib
# 26 aprel 2018 19:47 (UTC +04:00)

Bakıda yaşayış binasında yanğın baş verib. APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, yanğın şəhərin Sabunçu rayonunda ümumi sahəsi 69 m2 olan ikiotaqlı mənzildə (yaşayış yoxdur) baş verib. Nəticədə mənzildə 8 m2 sahədə məişət tullantıları yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 15 nəfər bina sakini təxliyə edilib. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR