Lənkəranda ana və oğlunu amansızlıqla qətlə yetirən avtoritetin şikayəti təmin edilməyib

Lənkəranda ana və oğlunu amansızlıqla qətlə yetirən avtoritetin şikayəti təmin edilməyib
# 22 iyun 2018 14:30 (UTC +04:00)

Şirvan Apellyasiya Məhkəməsində Lənkəranda ana və oğulu qətlə yetirən şəxsin apellyasiya şikayətinə baxılıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hakim Kamran Əkbərovun sədrliyi ilə keçirilən prosesdə Fətullayev Nəriman Səfər oğlunun apellyasiya şikayəti təmin edilməyib.

Birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Qeyd edək ki, Lənkəranda kriminal avtoritet kimi tanınan 56 yaşlı Nəriman Fətullayev 2008-ci ildə zərgər Şükür Əhmədovun evinə basqın edib. Ev sahibinin oğlu Şahin Əhmədovu çoxsaylı bıçaq zərbələri ilə öldürüb, onun həyat yoldaşı Əzizə Əhmədovaya bıçaq xəsarətləri yetirib. Qadın xəstəxanada vəfat edib.

Rusiyaya qaçan N. Fətullayev qətldən bir neçə il keçəndən sonra qətldə və başqa cinayətlərdə şübhəli bilinərək həbs olunub.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N. Fətullayev Cinayət Məcəlləsinin 120.2.4, 120.2.9, 120.2.11, 29, 120.2.6, 29, 120.2.7, 29, 120.2.10, 181.3.2, 181.3.3 maddələri ilə təqsirli bilinərək 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Onun əvvəllər də dəfələrlə məhkumluq həyatı yaşadığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR