Azərbaycan Dövlət İqtisad Universiteti EDUMAN elektron universitet sisteminə keçib - FOTOSESSİYA

Azərbaycan Dövlət İqtisad Universiteti EDUMAN elektron universitet sisteminə keçib - <span style="color: red;">FOTOSESSİYA
# 09 sentyabr 2015 08:31 (UTC +04:00)

Bakı - APA. Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) vahid elektron idarəetmə platforması olan EDUMAN sisteminin istifadəsinə başlanılıb.

Universitetin Marketinq və Kommunikasıya Departamentindən APA-ya verilən məlumata görə, tədris prosesində müasir texnologiyaların tətbiqi sahəsində həyata keçirilən yeniliklərdən biri olan bu sistem vasitəsilə bütün tədris prosesinin elektronlaşdırılması mümkün olacaq. Müəllimlər auditoriyalarda quraşdırılan elektron tribunalar vasitəsilə EDUMAN-da şəxsi kabinetlərinə daxil ola biləcəklər.

EDUMAN sisteminin tətbiqi ilə əlaqədar UNEC müəllimləri üçün təşkil olunan təlimlərdə elektron tribuna, müəllimlərin şəxsi kabineti, elektron jurnal, sərbəst işlərin elektron qaydada qəbulu və digər mövzular haqqında məlumat verilib. Təlimin ilk günündə 110 müəllim iştirak edib. Növbəti günlərdə daha 150 müəllimin iştirakı planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR