Bank Of Baku

İspaniyanın Seuta eksklavına miqrant böhranı dərinləşir: qəbul mərkəzləri dolub

İspaniyanın Seuta eksklavına miqrant böhranı dərinləşir: qəbul mərkəzləri dolub
# 30 iyul 2026 17:41 (UTC +04:00)

İspaniyanın Şimali Afrikadakı Seuta eksklavına son günlər Mərakeşdən dəniz yolu ilə 1 500-dən çox miqrant gəlib.

Bu barədə "Associated Press" məlumat yayıb.

Bildirilib ki, qəbul mərkəzlərində yerlərin olmaması səbəbindən yüzlərlə miqrant küçələrdə və ictimai yerlərdə gecələyir. Yerli hakimiyyət vəziyyəti fövqəladə qiymətləndirərək İspaniya Silahlı Qüvvələrindən dəstək istəyib.

Lakin Madrid hökuməti hələlik bu müraciəti rədd edib. Rəsmi açıqlamada qeyd olunub ki, mövcud vəziyyət milli mülki müdafiə sisteminin cəlb edilməsini zəruri etmir.

Məlumata görə, miqrant axınının artmasına İspaniya Ali Məhkəməsinin dəniz yolu ilə ölkəyə çatan miqrantların müraciətlərinə fərdi qaydada baxılmadan onların dərhal Mərakeşə geri qaytarılmasını qadağan edən qərarı təsir göstərib.

Qeyd edilib ki, Seutaya dəniz yolu ilə keçid təhlükəli marşrut hesab olunur. Son günlər eksklava üzərək çatmağa çalışan azı dörd nəfər boğularaq ölüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR