Bank Of Baku

Gəncədə yaşayış evinin həyətində ocaq partlayıb, 70 yaşlı qadın xəsarət alıb

Gəncədə yaşayış evinin həyətində ocaq partlayıb, 70 yaşlı qadın xəsarət alıb
# 30 iyul 2026 18:39 (UTC +04:00)

Gəncədə qadın evinin həyətində yandırdığı ocağın partlaması nəticəsində yanıq xəsarətləri alıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Depo qəsəbəsi adlanan ərazisində qeydə alınıb.

Belə ki, şəhər sakini 1956-cı il təvəllüdlü M.Abbasova hər iki əllərinin və üz nahiyəsinin yanıq diaqnozu ilə xəstəxanaya yeləşdirilib.

Dərhal ona yardım edilib, hazırda qadının vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hazırda hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR