Azərbaycan ərazisində havanın temperaturu 37 dərəcəyə yüksələcək - VİDEO

Azərbaycan ərazisində havanın temperaturu 37 dərəcəyə yüksələcək - <span style="color: red;">VİDEO
# 17 iyun 2015 10:03 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 23-24, gündüz 28-32 dərəcə isti olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu 23-24 dərəcə isti olacaq.

Sabah bölgələrdə hava şəraitinin əsasən yağmursuz, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısa müddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 32-37, dağlıq və dağətəyi rayonlarda gecə 11-16, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR