“SOCAR Trading”in rəhbərliyində dəyişiklik olub

“SOCAR Trading”in rəhbərliyində dəyişiklik olub
# 31 may 2018 14:51 (UTC +04:00)

“SOCAR Trading”in rəhbərliyində dəyişiklik olub.

SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, Ədnan Əhmədzadə “SOCAR Trading”in icraçı sədri təyin edilib.

Ə.Əhmədzadə buna qədər “SOCAR Trading”in İdarə Heyətinin üzvü olub və uzun illər şirkətin idarə olunmasında aktiv iştirak edib. Məlumata görə, Emil Bayramlı “SOCAR Trading”in maliyyə direktoru, Məryəm Almaszadə isə şirkətin İcraçı Direktoru təyin edilib.

Qeyd edək ki, Ə.Əhmədzadədən əvvəl “SOCAR Trading”in icraçı sədri olmuş Arzu Əzimov ''SOCAR Trading''də fəaliyyətini davam etdirir və onun yeni vəzifəsi yaxın vaxtlarda elan ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR