Paşha Bank
Bank Of Baku

Keniyada Eboladan ilk ölüm faktı qeydə alınıb

Keniyada Eboladan ilk ölüm faktı qeydə alınıb
# 07 oktyabr 2026 06:22 (UTC +04:00)

Keniyanın Səhiyyə Nazirliyi ölkə ərazisində ilk rəsmi Ebola xəstəliyi və bundan qaynaqlanan ölüm halının təsdiqləndiyini açıqlayıb.

APA xəbər verir ki, məlumata görə, vəfat edən şəxs Konqo Demokratik Respublikasında (KDR) yaşayan Keniya vətəndaşıdır.

O, Konqoda virusa yoluxduqdan sonra avtomobil yolu ilə Uqandanın paytaxtı Kampalaya, oradan isə təyyarə ilə Keniyanın paytaxtı Nayrobiyə səfər edib.

Nayrobiyə çatdıqdan sonra vəziyyəti kəskin pisləşən xəstədə yüksək hərarət, şiddətli halsızlıq və dərialtı qanaxmalar müşahidə olunub.

Təcili olaraq karantinə alınan şəxs həkimlərin bütün səylərinə baxmayaraq xəstəxanada dünyasını dəyişib.

Hadisədən dərhal sonra hərəkətə keçən Keniya Səhiyyə Nazirliyi mərhumla təmasda olmuş 50-dən çox insanı — daxil olmaqla ailə üzvlərini, tibb heyətini və eyni təyyarədə uçan sərnişinləri müəyyən edərək 21 günlük məcburi karantinə cəlb edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR