Bank Of Baku

Teresa Lünemann: Azərbaycanın kənd təsərrüfatı və qida sektorunda böyük potensial var

Teresa Lünemann: Azərbaycanın kənd təsərrüfatı və qida sektorunda böyük potensial var
# 27 oktyabr 2026 10:11 (UTC +04:00)

Azərbaycanın kənd təsərrüfatı və qida sektorunda, bu sahələrin müasirləşdirilməsində və yerli əlavə dəyərin artırılmasında böyük potensialı var.

“APA-Economics” xəbər verir ki, bu barədə Almaniya Federativ Respublikasının Azərbaycandakı diplomatik nümayəndəliyinin rəhbərinin müavini Teresa Lünemann Bakıda keçirilən Alman-Azərbaycan Biznes Konfransında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Almaniya şirkətləri təcrübə, innovativ texnologiyalar və dayanıqlı həllər baxımından çox şey təklif edə bilərlər:

“Almaniya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin dinamik inkişafının şahidi oluruq. Lakin yəqin ki, bildiyiniz kimi, siyasi öhdəliklər vacib olsa da, praktiki və konkret addımların atılması üçün həmişə kifayət etmir. Buna görə də bugünkü tədbirin Almaniya və Azərbaycan biznes nümayəndələrini bir araya gətirməsinə və hamınızın əməkdaşlıq imkanlarını araşdırmaqda maraqlı olmasına çox şadam. Ümid edirəm ki, bu gün aparacağınız müzakirələr və fikir mübadiləsi həmin potensialdan yararlanmaq üçün konkret əməkdaşlıqlara gətirib çıxaracaq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR