Bu ilin I rübündə “Petkim” öhdəliklərini 68% artırıb

Bu ilin I rübündə “Petkim” öhdəliklərini 68% artırıb
# 04 may 2018 14:06 (UTC +04:00)

SOCAR-ın Türkiyədəki ən iri aktivlərindən biri olan "Petkim Petrokimya Holding A.Ş." ("Petkim") 2018-ci ilin I rübü üzrə maliyyə göstəricilərini əks etdirən maliyyə hesabatını açıqlayıb.

Şirkətdən "APA-Economics"ə verilən xəbərə görə, 2018-ci ilin I rübündə "Petkim"in aktivlərinin həcmi ötən ilin dövrü ilə müqayisədə 29,53% artaraq 10 mlrd. 089,009 mln. lirə təşkil edib.

Bu ilin I rübündə “Petkim”in gəlirləri 1 mlrd. 878,948 mln. lirə təşkil edib. Şirkət 2018-ci ilin I rübündə 125,807 mln. türk lirəsi xalis mənfəət əldə edib. Bu da illik müqayisədə 91,44% artım deməkdir.

Ötən il şirkətin qısa müddətli öhdəlikləri 2,28 dəfə artaraq 3 mlrd. 300,262 mln. lirə, uzunmüddətli öhdəlikləri isə 2,28% artaraq 3 mlrd. 615,578 mln. lirə olub. Şirkətin cəmi öhdəliklərin həcmi 68,96 dəfə artaraq 6 mlrd. 648,034 mln. lirə təşkil edib.

Şirkərin cəmi kapitalı cari rübdə 3 mlrd. 440,975 mln təşkil edib ki, bu da 2017-ci sonuncu rübü ilə müqayisədə 10,72% azdır.

Qeyd edək ki, bu günə olan rəsmi məzənnəyə əsasən 1 Türkiyə lirəsi 0,40 manatdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR