Xəzərdə batan balıqçının meyiti tapılıb - YENİLƏNİB

Xəzərdə batan balıqçının meyiti tapılıb - <span style="color: red;">YENİLƏNİB
# 19 aprel 2015 11:57 (UTC +04:00)

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, davam etdirilən axtarış xilasetmə əməliyyatı nəticəsində 1969-cu il təvəllüdlü Məmmədov Şamil Bayram oğlunun cəsədi batdığı yerdən 30 metr aralıda aşkar edilib.

Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***

saat 11.03

Bakı - APA. Qaradağ rayonunda 2 balıqçı dənizin nəzarət olunmayan hissəsində sahildən 200 m aralıda suda batmaq təhlükəsi ilə üzləşib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, FHN-in dalğıc-xilasediciləri tərəfindən balıqçılardan biri xilas edilib, digərinin axtarışı davam etdirilir.

Əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR