Fikrət Mursaqulovun 60 illik yubileyi ilə bağlı anım tədbiri keçirilib

Fikrət Mursaqulovun 60 illik yubileyi ilə bağlı anım tədbiri keçirilib
# 21 fevral 2018 15:36 (UTC +04:00)

Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli xüsusi internat məktəbində mərhum şair Fikrət Mursaqulovun 60 illik yubileyi ilə bağlı anım tədbiri keçirilib.

APA-nın xəbərinə görə, 5 nömrəli xüsusi internet məktəbin direktoru İradə Vəzirova bildirib ki, şair özünün yaradıcılıq keyfiyyətləri ilə mübarizlik nümunəsi olub. Sonra Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov, “Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlu, “Xalq qəzeti”nin şöbə müdiri İlham Abbasov, şair-publisist Givi Paçxataşvili, şair Akif Əhmədgil, 5 nömrəli xüsusi internat məktəbin ədəbiyyat müəllimi, şair Famil Hacısoy və başqaları çıxış ediblər.

Tədbirdə 5 nömrəli xüsusi internat məktəbin şagirdlərinin ifasında F. Mursaqulovun şerləri və şerlərinə bəstələnmiş mahnılar səsləndirilib.


Qeyd edək ki, F. Mursaqulov 1955-ci ildə Gürcüstanın Marneuli rayonunda anadan olub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb. 1980-ci ildən ömrünün sonunadək Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin nəşriyyatında baş redaktor vəzifəsində çalışıb. F. Mursaqulov 80-ci illərdə fəal poetik, publisistik və elmi yaradıcılıqla məşğul olub. Onun adına yaradılmış Fikrət Mursaqulov Fondu “Ümid işığı” mükafatı təsis edib. Bir neçə il əvvəl isə mərhum şairin şerlərinin toplandığı “İşıq əlifbası” kitabı nəşr olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR