Nigeriyada Niger çayında bərənin qəzaya uğraması nəticəsində azı 37 nəfər boğulub.
APA xəbər verir ki, bu barədə “Cable” portalı məlumat yayıb.
İlkin məlumatlara görə, gəmi həddindən artıq yüklənmə səbəbindən batıb.
Hadisə yerində axtarış-xilasetmə əməliyyatı davam edir.