Bank Of Baku

Kreml Putin-Uitkoff görüşündə əldə olunan razılaşmaları açıqlamaqdan imtina edib

Kreml Putin-Uitkoff görüşündə əldə olunan razılaşmaları açıqlamaqdan imtina edib
# 22 oktyabr 2026 16:01 (UTC +04:00)

"Rusiya Prezidenti Vladimir Putin Ukrayna üzrə üçtərəfli təmasların yeni raundu üçün Rusiya danışıqlar qrupunun tərkibi ilə bağlı hələ qərar verməyib".

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Putin və ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff arasında görüşdə əldə edilən razılaşmaların açıq müzakirəsi mənfi nəticələrə səbəb ola bilər.

Peskov Putinin Uitkoffla Ukraynadakı münaqişənin həlli ilə bağlı heç bir yazılı təklif göndərmədiyini də deyib.

Kremlin sözçüsü Putinin qrafikində hazırda ABŞ prezidenti Donald Trampla görüş planlaşdırılmadığını, lakin lazım gələrsə, tez bir zamanda görüş təşkil etməyin mümkün olduğunu vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR