Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclərlə görüş keçirilib

Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclərlə görüş keçirilib
# 08 iyul 2015 19:55 (UTC +04:00)

Ədliyyə Nazirliyi mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyulun 8-də növbəti müsabiqənin bütün mərhələlərindən uğur qazanaraq qulluğa qəbul edilmiş 70-ə yaxın hüquqşünasla Ədliyyə Nazirliyi rəhbərliyinin görüşü keçirilib.

Tədbirdə çıxış edən ədliyyə naziri Fikrət Məmmədov ədliyyə və məhkəmə sisteminin müasirləşdirilməsi üzrə əldə olunan yüksək nailiyyətləri qeyd edib, ölkədə gənc nəslin milli ruhda tərbiyə olunmasına, ictimai-siyasi həyatda, dövlət idarəçiliyində yaxından iştirakına daim xüsusi diqqət göstərilməsindən bəhs edərək ədliyyə orqanlarında gənclərin üstünlük təşkil etdiklərini və əzmlə çalışdıqlarını bildirib.

Nazir ötən ay Azərbaycanın ən yüksək səviyyədə, uğurla ev sahibliyi etdiyi "Bakı-2015" I Avropa Oyunlarında ölkə gənclərinin, könüllülərin fəallığını, o cümlədən gənc ədliyyə işçilərinin böyük maraq göstərərək idman tədbirlərində yaxından iştirakını xüsusilə vurğulayıb, stajorlara dövlətçiliyə sədaqətlə xidmət etmələri, insanlara qayğılı münasibət göstərmələri, bilik və bacarıqlarını daim inkişaf etdirmələri və vəzifələrini layiqincə yerinə yetirmələri barədə tövsiyələrini verib, uğurlu fəaliyyət arzulayıb.

Təyinat almış yeni əməkdaşlar Azərbaycan Respublikasının Dövlət Bayrağı önündə təntənəli qaydada and içiblər və onlara xidməti vəsiqələr təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR