Hacıqabulda yol qəzası baş verib, ölən və xəsarət alanlar var

Hacıqabulda yol qəzası baş verib, ölən və xəsarət alanlar var
# 25 iyun 2015 09:42 (UTC +04:00)

Hacıqabul. Əlibəy Zeynallı - APA. Hacıqabul rayonunda ölümlə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında Bakı-Qazax yolunun 145-ci kilometrliyində, Hacıqabul rayonunun Qarasu kəndi ərazisində qeydə alınıb. Hacıqabul rayon sakini, 1961-ci il təvəllüdlü Məmmədov Mətləb Pirməmməd oğlunun idarə etdiyi “VAZ 2107” markalı avtomobili yoldan çıxararaq aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb, onun ailə üzvləri - 1989-cu il təvəllüdlü Məmmədova Rövşanə Səxavət qızı və 2014-cü il təvəllüdlü Məmmədli Mətləb Natiq oğlu müxtəlif bədən xəsarətləri ilə Şirvan şəhər Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Qəzada xəsarət alan bir nəfər isə ambulator yardım alaraq evə buraxılıb.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR