Zaqatalada 4 otaqlı ev yanıb

Zaqatalada 4 otaqlı ev yanıb
# 31 mart 2017 21:15 (UTC +04:00)

Zaqatalada fərdi yaşayış evi yanıb.

Fövqaladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, yanğın martın 31-i axşam saatlarında rayonun Əliabad qəsəbəsində, qəsəbə sakini Azi Uveys qızı Ramazanovaya məxsus ümumi sahəsi 120 kv/m olan kürsülü, birmərtəbəli 4 otaqlı evdə baş verib.

Hadisə yerinə FHN-nin Zaqatala rayon DYMH-nin texnikaları və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində evin çardağının yanar konstruksiyaları və 2 otağın tavanı ev əşyaları ilə birlikdə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR