Milli Məclisin son iclasının gündəliyinə əlavə məsələlər daxil edilib

Milli Məclisin son iclasının gündəliyinə əlavə məsələlər daxil edilib
# 28 iyun 2018 15:26 (UTC +04:00)

Azərbaycan Milli Məclisinin növbədən kənar sessiyada iyunun 29-da keçiriləcək son plenar iclasının gündəliyinə əlavə məsələlər daxil edilib.

APA-nın məlumatına görə, iclasın gündəliyinə 4 yeni məsələ əlavə edilib, bununla iclasın gündəliyi 39 məsələyə çatıb.

Bunlar, neft müqavilələri ilə bağlı iki sənədin ratifikasiyası, “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” qanunlara əlavə və dəyişikliklərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR