Səfir: “Bakıda keçirilən Avropa oyunları Asiya oyunlarından daha yaxşı idi”

Səfir: “Bakıda keçirilən Avropa oyunları Asiya oyunlarından daha yaxşı idi”
# 06 iyul 2015 11:14 (UTC +04:00)

APA-nın qərb bürosunun verdiyi məlumata görə, bunu Cənubi Koreyanın Azərbaycandakı səfiri Çoi Suk İn Gəncəyə səfəri zamanı deyib.

I Avropa Oyunlarının açılış və bağlanış mərasimlərində iştirak etdiyini deyən diplomat Azərbaycanın tədbirə yaxşı hazırlaşdığını və oyunların çox yaxşı təşkil olunduğunu bildirib.

Qeyd edək ki, səfir Ç. Suk İn bu gün Gəncəyə səfər edib. Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavinləri ilə görüşən diplomata şəhərin tarixi, mədəniyyəti barədə məlumat verilib. Səfir Gəncəyə 5-ci dəfə səfər etdiyini qeyd edərək bu dəfə şəhərdə təşkil olunan Koreya film festivalının açılış mərasimində iştirak etmək üçün gəldiyini bildirib. O qeyd edib ki, Gəncədən başlayan festival ölkənin 5 rayon və şəhərində keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR