Tanzaniyada yol qəzası zamanı 25 nəfər ölüb

Tanzaniyada yol qəzası zamanı 25 nəfər ölüb
# 26 fevral 2024 01:36 (UTC +04:00)

Tanzaniyada zənciravri ağır yol qəzası baş verib.

APA xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.

Ölkənin şimalında baş verən qəzada yük maşını ilə üç minik avtomobili toqquşub.

Hadisədə aralarında Keniya, ABŞ və Cənubi Afrika vətəndaşları da daxil olmaqla 25 nəfər həlak olub, 21 nəfər isə yaralanıb.

Tanzaniya prezidenti Samia Suluhu Həsən qəza ilə bağlı başsağlığı verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR