Oktyabrın 22-də Xəzər–Qara dəniz–Avropa Yaşıl Enerji Dəhlizi layihəsinin texniki-iqtisadi əsaslandırmasının (TİƏ) təqdimatı keçiriləcək.
“APA-Economics” xəbər verir ki, bunu Avropa İnvestisiya Bankı (AİB) Qrupunun Cənubi Qafqaz üzrə regional nümayəndəliyinin rəhbəri Stella Renita Azərbaycan–Avropa İttifaqı Biznes Forumunda bildirib.
Onun sözlərinə görə, AİB nümayəndələri də təqdimatda iştirak edəcəklər.
S. Renita qeyd edib ki, bank hazırda regional bağlantıların inkişafı istiqamətində bir sıra investisiya imkanlarını araşdırır.
Bu layihələr sırasında Xəzər–Qara dəniz Yaşıl Enerji Dəhlizi ilə yanaşı, Qara dəniz rəqəmsal bağlantı layihəsi və Naxçıvan dəmir yolu layihəsi də yer alır.