Bərdədə mikroavtobus iki minik avtomobili ilə toqquşub - YENİLƏNİB

Bərdədə mikroavtobus iki minik avtomobili ilə toqquşub - <span style="color: red;">YENİLƏNİB
# 01 dekabr 2017 10:04 (UTC +04:00)

Bərdə rayonunda baş verən ağır yol qəzasında xəsarət alanların adları məlum olub.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə nəticəsində 1963-cü il təvəllüdlü Rəhilə Qazıyeva, 1961-ci il təvəllüdlü Nazilə Quliyeva, 1966-cı il təvəllüdlü Yaqut Məmmədova, 1980-ci il təvəllüdlü Sadiq Süleymanov xəsarət alıb.

Xəsarət alanlar Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Sadiq Süleymanovun vəziyyətinin ağır olduğu bildirilir.

Digər xəsarət alanlara tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

***

11.43

Bərdədə ağır yol qəzası olub.

APA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, iki minik avtomobilinin mikroavtobusla toqquşması nəticəsində xəsarət alanların olduğu bildirilir. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub.

Hazırda hadisə yerində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR