Xaçmazda 3 maşın toqquşub, ölən və xəsarət alan var - FOTO

Xaçmazda 3 maşın toqquşub, ölən və xəsarət alan var - <span style="color: red;">FOTO
# 24 iyun 2018 17:10 (UTC +04:00)

Bu gün axşam saatlarında Xaçmaz rayonu ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, qəza Gəndob-Yalama yolunun Xaçmaz şəhəri ərazində qeydə alınıb.

"Toyota Prado", " Vaz 21 099" və " Vaz 2106" markalı maşınların toqquşması nəticəsində 1 nəfər ölüb, 1 nəfər isə ağır bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hadisədən sonra " Vaz 21011" markalı maşın alışaraq yanıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Xaçmaz Yanğından Mühafizə hissəsinin yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR