Bu ilin I rübündə BTC ilə 9 mln. ton xam neft ixrac olunub

Bu ilin I rübündə BTC ilə 9 mln. ton xam neft ixrac olunub
# 14 may 2015 08:02 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bakı-Tbilisi-Ceyhan (BTC) əsas boru xəttinin gündəlik ötürmə gücü hazırda 1,2 mln. bareldir.

“BP-Azerbaijan” şirkətindən “APA-Economics”ə verilən məlumata görə, bu ilin birinci rübü ərzində BTC vasitəsilə təqribən 9 mln. ton (69 mln. barel) xam neft ixrac olunub və bu neft Ceyhanda 96 tankerə yüklənib.

1 768 km uzunluğa malik BTC boru kəməri 2006-cı ilin iyun ayından istismardadır. O vaxtdan bəri BTC vasitəsilə nəql edilmiş ümumilikdə təxminən 2,2 mlrd. barel (289 mln. ton) xam neft Ceyhanda təxminən 2 850 tankerə yüklənib və dünya bazarlarına göndərilib.

Hazırda BTC boru kəməri Azərbaycandan əsasən “Azəri-Çıraq-Günəşli” nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Türkmənistan və Qazaxıstan nefti də nəql olunur.

Ötən rüb ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) üzrə əməliyyat xərclərinə təqribən 44 mln. dollar, əsaslı xərclərə isə 4 mln. dollar xərclənib.

Qeyd edək ki, BTC Ko.-nun səhmdarları BP (30,10%); AzBTC (25,00%); “Shevron” (8,90%); “Statoyl” (8,71%); TPAO (6,53%); ENİ (5,00%); “Total” (5,00%), “İtochu” (3,40%); “İnrex” (2,50%), “ConocoFillips” (2,50%) və ONGC (BTC) Limited (2,36%) şirkətləridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR