Hindistanda alkoqoldan zəhərlənmə nəticəsində ölənlərin sayı 66 nəfərə çatıb

Hindistanda alkoqoldan zəhərlənmə nəticəsində ölənlərin sayı 66 nəfərə çatıb
# 20 iyun 2015 09:00 (UTC +04:00)

Bakı. Faiq Mahmudov - APA. Hindistanın Mumbay şəhərində surroqat alkoqoldan zəhərlənmə nəticəsində ölənlərin sayı 66 nəfərə çatıb.

APA-nın RİA "Novosti”yə istinadən verdiyi xəbərə görə, hazırda 31 nəfər şəhərin müxtəlif xəstəxanalarında müalicə olunur.

Zərərli alkoqollu içkilərin istehsalında şübhəli bilinən üç nəfər saxlanılıb, onlar hüquq-mühafizə orqanları tərəfindən dindirilir.

Bu tip içkilərin qiyməti çox ucuz olduğuna görə Hindistanda, xüsusən də aztəminatlı kənd əhalisi tərəfindən daha çox alınır. Belə içkilərdən istifadə bəzi hallarda zəhərlənmə və ölüm hallarına gətirib çıxarır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR