Sabah havanın hərarəti bəzi yerlərdə 41 dərəcəyə çatacaq - VİDEO

Sabah havanın hərarəti bəzi yerlərdə 41 dərəcəyə çatacaq - <span style="color: red;">VİDEO
# 18 avqust 2015 10:22 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Avqustun 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumatına görə, şərq küləyi cənub küləyi ilə əvəzlənəcək. Bakıda gecə 23-27, gündüz 30-37 dərəcə isti proqnozlaşdırılır.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 26-27, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 27-28, Türkan, Hövsan, Şıx, Sahildə 28-29 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında avqustun 19-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 21-26, gündüz 34-39, bəzi yerlərdə 41 dərəcə olacaq. Dağlarda gecə 15-20, gündüz 28-33 dərəcə isti olacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR