Əfqanıstanda atışmada "Taliban"çılar məhv edilib

Əfqanıstanda atışmada "Taliban"çılar məhv edilib
# 25 dekabr 2016 22:32 (UTC +04:00)

Əfqanıstanın şimalında ordu qüvvələri ilə “Taliban” silahlıları arasında atışma baş verib.

APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə, Şibarqan şəhəri yaxınlığında baş verən qarşıdurmada 5 silahlı məhv edilib, daha 5-i yaralanıb.

Məlumata əsasən, atışma silahlıların nəzarət-keçid məntəqəsinə hücumundan sonra baş verib. Hərbçilər arasında itkilər barədə məlumat verilmir. “Taliban” hərəkatı insidentlə bağlı hələ ki, açıqlama verməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR