Bakıda çay evində dostunu qətlə yetirən şəxsin məhkəmə istintaqı başa çatıb

Bakıda çay evində dostunu qətlə yetirən şəxsin məhkəmə istintaqı başa çatıb
# 31 oktyabr 2016 12:01 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Vüqar Şirinovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Mail Bayramovun sədrliyi ilə keçirilən prosesdə şahid Şəms Əlizadə ifadə verib. O bildirib ki, hadisə yerində hal şahidi kimi iştirak edib.

Ağasəf Ağasadıqoğlu isə ifadəsində deyib ki, 3 ildir ki, təqsirləndirilən Vüqar Şirinovu tanıyır və hadisə baş verən gün V. Şirinovla birlikdə iş yerinə gediblər. Onun sözlərinə görə, qətlə yetirilən şəxsin V. Şirinova borcu olub.

Sonra hakim məhkəmə istintaqının başa çatdığını elan edib.

Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib.

Məhkəmə prosesi noyabrın 7-də davam etdiriləcək.

Qeyd edək ki, qətl hadisəsi keçən il martın 6-da Nəsimi rayonun 4-cü mikrorayon ərazisində fəaliyyət göstərən çay evində baş verib. Çay evinin sahibi, Ağsu rayon sakini Murad Qubadov borc verdiyi dostu V. Şirinov tərəfindən güllələnib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR