Sabirabadda "Mercedes", Xudatda isə "Peugeot" yanıb

Sabirabadda "Mercedes", Xudatda isə "Peugeot" yanıb
# 19 may 2015 04:23 (UTC +04:00)

Bakı-APA. Ötən gecə Sabirabadda və Xudatda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Sabirabad rayonu, Qaragüney kəndində vətəndaşa məxsus "Mercedes" markalı yük avtomobilinin qoşqusunun 6 ədəd təkəri yanmışdır. Yük avtomobil və qoşqunun qalan hissəsi yanğından mühafizə olunub.

Xaçmaz rayonu, Xudat şəhərində isə vətəndaşa məxsus "Peugeot" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Hər iki halda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR