ABŞ hərbi vertolyotu Yəməndə qəzaya uğrayıb

ABŞ hərbi vertolyotu Yəməndə qəzaya uğrayıb
# 26 avqust 2017 08:05 (UTC +04:00)

ABŞ Silahlı Qüvvələrinin vertolyotu Yəmən sahillərində qəzaya uğrayıb.

APA-nın məlumatına görə, ABŞ Mərkəzi Komandanlığından (CENTCOM) bildirilib ki, "Black Hawk" tipli vertolyot avqustun 25-də axşam təlim uçuşları yerinə yetirərkən Yəmənin cənub sahillərindən təxminən 36 km uzaqlıqda qəzaya düşüb.

Göyərtədə olan beş hərbçi xilas edilib, bir hərbçinin axtarışı davam edir.

Qəzanın səbəbləri barədə hələlik açıqlama verilməyib.

Qeyd edək ki, ABŞ Silahlı Qüvvələri son illər Yəməndə "Əl-Qaida" terror qruplaşmasına qarşı mütəmadi əməliyyatlar həyata keçirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR